Bəzən bir an olur, Başım duman olur. Gəlirsən ağlıma Keyfim tavan olur. Uzun zaman olur Sevgimizin ömrü Səni bilmirəm,necə Mənə olan olur.
Düzdür,ara-sıra Olur könlümü alan, Ötüb-keçib,gedən Bir macəra filan. İnan,olur yalan Sənsiz bu hisslərim. Mənə sevgimin dadı Bir tək səndə qalan.
Çox aciz olmuşam Bu hisslərə belə, Qəlbim tutsaq olub Səndə niyə belə?
Səni sevirəm axı, Səni mən niyə belə? Nə qədər qalım qəlbimdə Sənsən,sən niyə belə? Dərdim günlər deyil, Sürür ildən ilə. Bu yalan bir həvəs olsa Sürməzdi indiyə belə.Teksty umieszczone na naszej stronie są własnością wytwórni, wykonawców, osób mających do nich prawa.