O qədər yaxın oldun ki, gülüm sən mənə Qoymadın ayrılığaa dözüm sən mənə Bağladın məni özünə bu qədər dərin İndi gəl eyləmə belə zülm sən mənə
Bir yana olsun yaraşığın gözəlliyin Sevdirib məni özünə bil ki ürəyin Bircə məhrum eyləmə sən məni özündən Başqa lazım deyil mənə başqa heç nəyin
Bilirsənki səndən ayrı qala bilmərəm Bilirsənki sevərək ayrıla bilmərəm Hər hal olunur iki ürəyin bir olması deyil Qalar ürəyim səninlə ala bilmərəm
Nədir parlayan eşqində bu qaranlığın Öldürür narahatlığın nigaranlığn Təsəvvür edəndə səni özgə biriylə Didir parçalayır məni bu qısqanclığım
Mənə ve sənə də özgə tapmaq asandır Ötən bir həvəslə başı qatmaq asandır Amma mənii kimsə sənə əvəz edə bilməz Sevgisiz eşq macərası saxta yalandır
Məndədir bir temiz sevgi məhəbbət payı Məndədir saf sevgin ilə axan bir çayı İnan dəyişə bilmərəm səni bir özgəyə Mənim gözüm bircə səndə ol sən arxayınTeksty umieszczone na naszej stronie są własnością wytwórni, wykonawców, osób mających do nich prawa.