Bənd 1 Bir zaman qoynunda ağlayardım İndi yoxluğunla ağlar qaldım Can deyib halıma sən yanardın İndi gedişinlə yanır bağrım
Son sözüm dilimdə dondu qaldı Aciz baxışın üzündə qaldı Ayrılmaq istəmirdin sən bizdən Zalım ölüm canın gücdən aldı
Ağladır dərd məni boğur qəhər Ümüd yolları kəsdi kədər Kim çəkər qayğımı sənin qədər Şirin ömrüm zəhər oldu zəhər
Nəqarət İncidim dünyadan, taleyimdən Əl çəkdim canımdan hər şeyimdən Düşməmiş qara saçlarına dən Tanrım səni aldı əllərimdən
Bənd 2 Bilmədim qiymətin sağlığında Necə xoşbəxt imişəm varlığında Anıram hər nəfəs aldığımda Bezdim dünyadan cavanlığımda
Yox məni yaşadan bir təsəllim Sanki kimsəsizəm qaldım yetim Kaş xəbərsiz ətərsiz öləydim Sənin bu halını görməyəydim
Soyuyur əl ayağım hərarətim yox Büküldüm həminki qamətim yox Baxmağa rəsminə cəsarətim yox Üzgünəm solğunam taqətim yox
Nəqarət İncidim dünyadan, taleyimdən Əl çəkdim canımdan hər şeyimdən Düşməmiş qara saçlarına dən Tanrım səni aldı əllərimdənTeksty umieszczone na naszej stronie są własnością wytwórni, wykonawców, osób mających do nich prawa.