Həyatımın mərkəzində, tən ortasında Sürdüyüm bu ömrün hər dəqiqəsində Nəğmə oxuyan küləyin həzin səsində Sən varsan, gülən gözlərin var
Ayrılıq dolu filmin hər səhnəsində Parçalanmış gəminin göyərtəsində Sonsuz sevən insanın düşüncəsində Mən varam, ümidlərim var
Nəqarət: Mən qalmışam çarəsiz, viranə Mən olmuşam sevgisiz divanə Qışa döndü yazım, baharım mənim Dəyişə bilmirəm fəslimi, neyləyim?
2-ci bənd: Sən yanan şam, pərvanə tək məftunam sənə Qısa olan bu ömrümdə məcburam sənə Günahım sevməksə əgər, həmdəmim ol Hər cəzaya mən razıyam, məhkumam sənəTeksty umieszczone na naszej stronie są własnością wytwórni, wykonawców, osób mających do nich prawa.