Xar içində bitən qönçə gülə minnət eyləməm, Ərəbi, farisi bilməm, dilə minnət eyləməm. Sirat-i müstəqim üzrə izləyərəm Rahimi İblisin təlim etdiyi yola minnət eyləməm.
Bir əcaib dərdə düşdüm, hər kəs gedər karına, Bu gün buldum – bu gün yerim, Haqq kərimdir yarına, Zərrəcə tamahım yoxdur bu dünyanın varına Ruzimi verən Xudadır, qula minnət eyləməm…
Ey Nəsimi, can Nəsimi ol qəni mehman ikən, Yarın şəfaətlərim əhmədi-muxtar ikən, Cümlənin ruzisin verən ol qəni səttar ikən Yer üzünün xəlifəsi hünkara minnət eyləməm.Teksty umieszczone na naszej stronie są własnością wytwórni, wykonawców, osób mających do nich prawa.