(Nəqarət: PRoMete) Deyirlər, yazmır H.O.S.T - axı mən nə yazım dost Deyirlər, yazmır H.O.S.T - axı biz kimik, toz Deyirlər, yazmır H.O.S.T - yazırıq, əməl olunmur Ancaq söz, ancaq söz, ancaq söz (x2)
(verse: PRoMete) Yazırıq sözümüz bol, gedirik izimiz yol Qulağında səsimiz (hoo), səmimiyyət sayılmır rol Biz deməyinə deyək, hanı bəs əməllər bro İstənilməz şeylər olur, lable'a dönüb PRo Səsim gəlir mənim 07 markalardan Amma ki, bu sözlərə görə box, beat'lərə görədi məncə Deməli, bu millətin beynindədir problem Biz isə axtarırdıq problem başqa yerdə Şəhərin altı, üstü tüstü yanıq cavanlarla Baxırsan, elə bil ki, ac-yalavac canavardılar Başları da bir-birindən boş (dum, dum, dum) Bunları almaq olar bir-iki dini qonorarla Açıram zibilləri, birinci iy məni vurur Yazıram sətirləri, üstələyir milli qürur Ona görə sevgidən bol-bol yazıram axır vaxtlar Deməsinlər başqa yerdə, sənin də millətin budur
(Nəqarət: PRoMete) Deyirlər, yazmır H.O.S.T - axı mən nə yazım dost Deyirlər, yazmır H.O.S.T - axı biz kimik, toz Deyirlər, yazmır H.O.S.T - yazırıq, əməl olunmur Ancaq söz, ancaq söz, ancaq söz (x2)
(verse: PRoMete) Əlimdə qələm, elə bil SSRİ'nin orağıdır Sağa-sola hərəkət etdikcə, biçir, tökür yerlə bir Çaqqaların ulaşması, qurdların uyumağıdır Daha dərin baxaq görək, məsələ nə yerdədir Üsyankar gəncliyimiz içkinin ağuşunda Mentalilet əksinə olmaq demək deyil, şərəfsizlik Mən enirəm sizin zirvələrin yoxuşundan Məncə yoxdur burda səmimilik, qərəzsizlik TV'lər çalır layla, xorultudan qulaq batır Dona bürünür olaylar, cavanlarsa çolaq qatır Dünyanı dəyişmək istəyən beş-altı nəfər varsa Onlarda indi futbola baxır, çünki hesab atıb Qarabağ da bizimdi, dost, inan ki, Zəngəzur da Sarı gəlin, ərəbin muğamı və qara zurna Əlindən pultu bıraxma, kanallarını çevir Əziyyət çəkmə, seriala bax, yerindən də durma
(Nəqarət: PRoMete) Deyirlər, yazmır H.O.S.T - axı mən nə yazım dost Deyirlər, yazmır H.O.S.T - axı biz kimik, toz Deyirlər, yazmır H.O.S.T - yazırıq, əməl olunmur Ancaq söz, ancaq söz, ancaq söz (x2)Teksty umieszczone na naszej stronie są własnością wytwórni, wykonawców, osób mających do nich prawa.