H / Host / Sonu görünmüyən yol
(verse: PRoMete) Hər sətir sanki bahalı bir almaz İçimin dərinliklərindən yazıram almost Kick snare, hi-hat, bir də bass Bəs edir ki, mən yazım sətir və yazım səs Amma bəs eləmir hərdən bir bitki Qarşısı alınsın hansısa itki Bu istedaddır, vərdiş yoxsa vergi Kim bilir ki, ki, kim bilir ki, Qara-qura vərəqləri toplasam yataq otaqımdan Metenin səsi əskik olmaz qulağından Bu mahnılar hərəsi bir uşağım Mən tez-tez ata oluram İlham pəriləri sevgililərim Sətirlərin izləri həyatlarda dərin Qayda-qanunlar maneələrdi Amma çoxdan aşmışam bu çəpəri
(Nəqarət: PRoMete) Həyat yoldur sonu görünməyən Gedirəm mən üstündə sürətlə De, kim var ki, əvəz edilməyən Sadəcə addımla diqqətlə
(verse: PRoMete) Neçə-neçə vərəqi qələmin diyircəyinə Poligon elədim, səsim əsmədi Nə canlı, nə də monoton tonumu dinləmiyib hələ heç kim İlhamım elə həyatın özüdü Onu gətirmir nə otlar, nə də ki, içki Və o kəs ki, deyir ki, Mete indi bitirəcək sürəti Qoy dinləsin gözünü açıb, üzünü aşağı əyəcəyi şiddəti Səhnə darıxmır, əgər mən onda Kütlə darıxmır, əgər mən onla Əllər də havadadı, yellənir sağa-sola Səhnədə Mete, mən hegemonam
(Nəqarət: PRoMete) Həyat yoldur sonu görünməyən Gedirəm mən üstündə sürətlə De, kim var ki, əvəz edilməyən Sadəcə addımla diqqətlə Teksty umieszczone na naszej stronie są własnością wytwórni, wykonawców, osób mających do nich prawa. |
|