(verse: PRoMete) Musiqi bir damardı, mənim addımlarım bir az möhkəm AzRap'də kölgəm hələ çox sısqaları addım-addım izlər Qızıl suyuna çəkilmiş verse'lərim sanki dərslik Səs də səsdi; bariton Nəfəs kəsilməməlidir, qoyulmamalıdır hərf axınına son Practice on, like Mike Tyson Beat me, beat me, götür qulağına sürt hitimi Bəlkə, sənin də çabaların bir fayda verdi Söz demək də bir incəsənətdi Amma bu sənətin indiki vəziyyəti gilas səbəti Səsimi qulağa sal, bəndim beynini anal Mən hörmət gözlədikcə bağlanır üzümə kanal Düzdür, yoxdu qalmaqalla freestyle But all enemies died Bizə kim deyir ki, səhv yoldayıq və düz yol var Qalmasın qoy qayğımıza, getsin həmin düz yolla Siz təzə euro, biz köhnə dollar Dövriyə yüksək, konsertdə havadadır qollar Deyiliş tərzim tökür ocağınızın üstünə şollar Neyniyə bilər qoca ağaca kollar Var voltaj, sən belə gözləmirdin, otur qal şokda
(Nəqarət: PRoMete) Sətir-sətir bat daha dərinə Dolur, boşalır bu səhnə Uğursuzluq uğur əvəzinə Çünki, bura səhnədir, deyil məhlə
(verse: PRoMete) Dirty south deyil mənim tərzim Mən, ümumiyyətlə, AzRap'də dərzi Bilmək üçün nə baş verir, nədir dəbdə Dinləyirəm all type hip-hop music Məktəbimdə box idi hip-hop dərsi Ya da hələ də yoxdu ilham pərisi məntəqəsi Ona görə də dəqiq bilmirəm kim rap'in dədəsi, nənəsi Təpəsi qarlı dağlar deyil güvəniləsi Mənimçün musiqidə rap'dir tək fəsil Respect o kəsə ki, balta kimi kəsir hər kəlməsi Kəlləsi fikir qazanıdı qaynadır Mete sözlə iflic edir, beat'lə oynadır Mənəm, mənəm deyənlər deyin mənə hardadır AzRap bu gün dardadır, PRo edir darmadağın Bəsdi, bəsdi az gurulduyun Bir dəfə də yağın ləkəsidi rap'in olmağı söz yığınağı Adlandırmayın rapper hər yerindən duran balqabağı Mal uşağı mal, əgər doldura bimlirsənsə zal Bir az aralıda qal, bir az aralıda nəfəs al Biz səsə bal qataraq qazanmırıq bal Əsas məsələ track'lərdə boldu əhval
(Nəqarət: PRoMete) Sətir-sətir bat daha dərinə Dolur, boşalır bu səhnə Uğursuzluq uğur əvəzinə Çünki, bura səhnədir, deyil məhlə (x2) Teksty umieszczone na naszej stronie są własnością wytwórni, wykonawców, osób mających do nich prawa. |
|