(verse: PRoMete) Pulsuz CD'lər başlanğıcı idi hər şeyin Heç vaxt fanat sms'ini saymamışam hər şeyim Və heç vaxt fikirləşməmişəm səhnə üçün xüsusi geyim Əsas ağlımda olub HOSTçularıma nə deyim Və heç vaxt saymamışam kimdənsə əskik nəyim Mənim dinləyicilərim olmayıb, mənim olub arxam, kürəyim Söykənə biləcəyim ya da mənə açanlar ürəyin Mən də çalışmışam kömək olanın olum köməyi Qulaqlara qonaq idik, indi yerimiz ürəklər Addımlara çevrilib təzə-təzə iməkləməklər Düz deyirlərmiş, Bakının daimi qonağıdı küləklər Hansı ki, münasibətləri də sovurur insanlardan Bu şəhərdə ya yıxılanlardansan, ya yıxılanlara vuranlardan Yıxıldınsa, səni içəri bıraxmazlar kəndardan Biz də qala bilmədik baş verənlərdən kənarda Yaxşı olmağın bir yolu var - olmaq məzarda
(Nəqarət: Gültəkin) Mən baxmıram səmaya və görmürəm günəşi Qaranlığım əbədi, ağrılarım əbədi Yaralanmış ayaqlar və qolda güc tükənir Amma yolumuz irəli, biz bu yoldan dönmərik Sönsə də ümid, dönmərik
(verse: AiD) Pillələr tükəndikcə görürsən ki, zirvə zindandı Görürsən, xoşbəxtlik açarı sevgi yox, pul və imkandı Düşmənə qapını bağlıyıb, dostla bir yaşayırsan Amma düşmən mənzillərin başında eyni damdı Bu, bəlkə, son görüşdü, bu, bəlkə, son vidadı Bəlkə də aramızda sökəcəyimiz son divardı Bəlkə də gördüyünüz səhnə deyil, bir virandı Bəlkə də varlığımız sınaq deyil, intiqamdı Qızarmış yanaqlarınız utanc deyil, soyuqdandı Kimlərsə sevinc, kimlərsə nifrətdən donub qaldı İlham qürubdandı, hər batan günəş yeni mahnı Hər kədər, hər etiraz hər biri ayrı insandı Məşhurluqla sevgi eyni düşüb, eyni qalxır Və sonda tərk edilsə, qəhrəman da sevmir xalqı Və sonda vətəndaş sətir, ölkəysə mahnılardı Və son fəth ediləcək şəhər göz yaşı və ağrılardı
(Nəqarət: Gültəkin) Mən baxmıram səmaya və görmürəm günəşi Qaranlığım əbədi, ağrılarım əbədi Yaralanmış ayaqlar və qolda güc tükənir Amma yolumuz irəli, biz bu yoldan dönmərik Sönsə də ümid, dönmərik
(verse: Qaraqan) Biz yaza bilmədik tarix, ola bilmədik qəhrəman Qurtara bilmədik sizi və bizi bastırdı zaman Dəyişə bilmədik dünyanı, söndü arzular Biz əkdikcə qəmi torpağa, biçdik ancaq ağrılar Qaranlıq, uzun yollarda istədik olaq şam sizə Ama işıq verdikcə xalqı özümüz içdən yandırdıq Kələ-kötür, tikanlı yollarda, bax, qalxdı qan dizə Sizə yaxın olmaqçün ailə, doğmalardan ayrıldıq Biz yazmadıq hörmətçün, biz gəlmədik şöhrətçün Siz bilirsiz mi, deyin, yaşamaq millətçün Xətt çəkib öz taleyine, düşünmək xalqın taleyin Və bunu eləməmək nə qəhrəmanlıq, nə cənnətçün Eşitmək içindəki səsi və bağırmaq dünyaya Tanrıdan gələn kəlimələri toxumaq bir misraya Və bu çətin yollarda yıxıldıqca ayağa durmaq Görməkçün neçə nəfər qalmışıq mən baxacam arxaya
(Nəqarət: Gültəkin) Mən baxmıram səmaya və görmürəm günəşi Qaranlığım əbədi, ağrılarım əbədi Yaralanmış ayaqlar və qolda güc tükənir Amma yolumuz irəli, biz bu yoldan dönmərik Sönsə də ümid, dönmərikTeksty umieszczone na naszej stronie są własnością wytwórni, wykonawców, osób mających do nich prawa.