H / Host / AiD vuracaq qol
(Nəqarət: AiD) Qara küçələr bol - şəhərin hər tini dinləsin, yelləsin əlləri Təbim gecələr bol - zəhəri dərdimin bitməsin, doldursun dəftəri Qara küçələr bol - şəhərin hər tini dinləsin, yelləsin əlləri Təbim gecələr bol - qapısın bərk bağla beynivin, AiD vuracaq qol
(verse: AiD) Rap'im səni sıxır kommunal borc kimi Sən xəritədə yersiz Kamboca kimi Gir qucağa, çağır çağa kimi köməyə məni Ya da yağ bıcağı götür, gəl öldürməyə məni Sevgilivin gözünü yum səhnəyə mən çıxanda Özüm gəlməmişəm, arzuladın, mən çin oldum Sən brak doğulmusansa, günahkar Çin deyil bro Cəmiyyətə yeni nəfəsdi bu, içində mentol İntellektual, glamour qızlarımız tipo-tipo Baxdıqları kino - Titanic, bir də Zita-Gita O margarito, bura Bakı yoxsa bura Kito Dilindəki ton, sanki sözləri çəkir iki ton Brendlər ən yaxın dost dar gündə, hər işdə Efirlər həyat öyrədir həm əvvəldə, həm finish'də Və bizə qarşı olan bəzi-bəzi verlişlər Bilin, biz ildən-ilə yüksəlişdə, siz enişdə
(Nəqarət: AiD) Qara küçələr bol - şəhərin hər tini dinləsin, yelləsin əlləri Təbim gecələr bol - zəhəri dərdimin bitməsin, doldursun dəftəri Qara küçələr bol - şəhərin hər tini dinləsin, yelləsin əlləri Təbim gecələr bol - qapısın bərk bağla beyninin, AiD vuracaq qol
(verse: AiD) Rap'im səni dəyişir dövran kimi Xan kimi danışırsan Jeep'ə oturan kimi Sanki, Franklin'in sürüsündəsən mal kimi Çəməninə bağlayır səni qandal kimi Cavanlar qışqırır küçələrdə, nəsə istəyir Qocalar çay içir və xilas edir bəşəriyyəti Bakını bürüyüb qara bulud, bir də bir az da stress Bakıya lazım deyil pul, lazımdı sex Sistem sıxdıqca sıxılmaqdan zövq alırsız Xarab bütün məhsulları pisliyib, söyüb alırsız TV'də bazar verlişlərində gedən bazarlıq Manıslar topdan satılır, bu fəsil biz qazandıq Mən söz soxuram, söz girmir, deşik çox balaca Cibləri böyüyən cəmiyyətin beyni çox balaca Süfrə açdım sözlərdən hər mətbəxə uyğun Bilirəm, bu banketdən sonra çoxu tox qalacaq
(Nəqarət: AiD) Qara küçələr bol - şəhərin hər tini dinləsin, yelləsin əlləri Təbim gecələr bol - zəhəri dərdimin bitməsin, doldursun dəftəri Qara küçələr bol - şəhərin hər tini dinləsin, yelləsin əlləri Təbim gecələr bol - qapısın bərk bağla beyninin, AiD vuracaq qol
(verse: AiD) HOST Production, səsim çatır hər insana Bizim ikona dəyişmirik pula, mikrofonu Mənim ifamı qoy ringtone'a BlackBerry, iPhone'a Mənim motorum opora, mənim susmağımdı fora Bu maratonda qələbə verir mənə kantora Mən ora-bura burun soxmadan çıxdım monitora Mənə karona lazım deyil girmək üçün dona Nəqarəti xorla oxunaraq track'im çatır sona
(Nəqarət: AiD) Qara küçələr bol - şəhərin hər tini dinləsin, yelləsin əlləri Təbim gecələr bol - zəhəri dərdimin bitməsin, doldursun dəftəri Qara küçələr bol - şəhərin hər tini dinləsin, yelləsin əlləri Təbim gecələr bol - qapısın bərk bağla beyninin, AiD vuracaq qol Teksty umieszczone na naszej stronie są własnością wytwórni, wykonawców, osób mających do nich prawa. |
|