(verse: AiD) Var track başlayır hansı ki, nəqarətsiz Var söz biraz düz, amma cəsarətsiz Var xalqa müraciət sanki ədəbiyyatdır Var xalq hansı ki, dinlədikcə əbədi yatdı Var ölkə hansı ki, tikilir sökülür turistlərcün Var sevgi hansı ki, küçədə yemdi polislərçün Var qələm, var vərəq və var tükənməz hisslər Var dinləyici hansı ki, sevdiyindən ölməyini istər Var səma, var günəş hansı ki, qovur ulduzları Var vəhşi ata-ana hansı ki, doğur quduzları Var şəhər, bir-iki damla bal və qalanı zəhər Var cəmiyyət hansı, qəhrəmandan çox yalanı sevər Var bezmək, var dözmək, çoxluqda itib getmək Var tərk edib getmək, var tüpürüb getmək Var intihar etmək sevgi cavabsız qalanda Var cəhənnəmdə yanmaq günahsız olanda Var pul, var şöhrət, var əmr və qul Varsa sədaqətin evin yananda yerində dur Var insan səhv etdikcə sevir səhv edənləri Var Allah dərd verir və sevir səbr edənləri Var dəniz və dibinə getdikcə anlayırsan Ki var qaranlıqda parıldayan möcüzələr Var hekayə hansının ki, sonunda ağlayırsan Və var yeni səhifə açıb köhnə kitabı bağlayırsan
(Nəqarət: AiD) Var keçmişdən bizə gələnlər Var gələcəyi görürəm deyənlər Yoxsa uzun-uzun söhbət edənlər Tap tanışını “nə var, nə yox” denən (x2)
Söhbətim şəhərimlə bu gün Zəhərim var bu gün Track’im də var Tökəcəm nə qədər ki, gec deyil (x2)
(verse: AiD) Var brend alanlar, var brend olanlar Var düz yol gedənlərə bənd olanlar Var böyük qüvvə yaratmaq fərqlilərdən Var məndə olanlar, var səndə olanlar Var sistem hansı ki, min illər boyu dəyişmir Yuxarıdakılar qol çəkir aşağıdakılar öldükcə Mən düz söz desəm, sən onu dərk etsən Bir olub dəf etmək olar hər sədd hörüldükcə Var hamı gözün bağlayanda gizlincə göz vurmaq Qaranlıq hamını ağladanda işıq salıb iz qoymaq Yem bol, geniş qarınlar və doymayan gözlər Siz partlamaq istiyirsiz, amma biz doymaq Nə var nə yox deyib keçirik, amma dəyişmir heç nə Dərdi özü istəyənlərin dərdi artıq deyil vecimə Hünərin yoxsa, xəyallar sərhədin keçmə Həyat sənin seçimindir axı, istəmirsən seçmə
(Nəqarət: AiD) Var keçmişdən bizə gələnlər Var gələcəyi görürəm deyənlər Yoxsa uzun-uzun söhbət edənlər Tap tanışını “nə var, nə yox” denən (x2)
Söhbətim şəhərimlə bu gün Zəhərim var bu gün Track’im də var Tökəcəm nə qədər ki, gec deyil (x2)
(verse: AiD) Cəmiyyət məhv olur, yazmamaq olmur, susmaq olmur Azadlıq olub şou-biznes ancaq əyləncə üçün Bakının havası – nə udmaq, nə də ki, qusmaq olmur Açılmış pərdələr bağlanır bir gün evlənmək üçün Hər dəfə qoyuram qələmi tənqidə başlamadan Onsuzda dəyişmir heç nə, əsəblər boşuna məhv olur Bu xalqın tələbi belədir, səbəbi bilmir daşlamadan Onsuzda sabah düz olacaq şəxs, bu gün səhv olur
(Nəqarət: AiD) Söhbətim şəhərimlə bu gün Zəhərim var bu gün Track’im də var Tökəcəm nə qədər ki, gec deyil (x2) Teksty umieszczone na naszej stronie są własnością wytwórni, wykonawców, osób mających do nich prawa. |
|