Könlümün sevgili məhbubu mənim Vətənimdir,vətənimdir,vətənim. Məni xəlq eyləmiş əvvəlcə xuda, Sonra vermiş vətənim nəşvü-nüma. Vətənim verdi mənə nanü-nəmək, Vətəni məncə unutmaq nə demək? Anadır hər kişiyə öz vətəni, Bəsləyib sinəsi üstündə onu. Südüdür kim dolanıb qanım olub, O mənim sevgili cananım olub. Saxlaram gözlərim üstə onu mən, Ölərəm əldən əgər getsə vətən. Vətənin neməti nisyan olmaz, Naxələflər ona qurban olmaz. Vətən əcdadımızın mədfənidir. Vətən övladımzın məskənidir. Vətəni sevməyən insan olmaz, Olsa da ol şəxsdə vicdan olmaz. Teksty umieszczone na naszej stronie są własnością wytwórni, wykonawców, osób mających do nich prawa. |